Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi

Təcili tibbi yardım maşınında uşaq dünyaya gətirdi

Füzulidə qadın təcili tibbi yardım maşınında uşaq dünyaya gətirib.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Hamilə qadının xəstəxanaya aparılarkən vəziyyəti ağırlaşıb, həkim briqadası tərəfindən operativ müdaxilə olunaraq doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib. Yenidoğulmuşun çəkisi 3,5 kq., boyu 53 sm. olub.

Zahı qadın və yenidoğulmuş (kişi cinsli) Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. Hazırda ana və körpənin vəziyyəti stabildir.