Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Laçın" yazısına görə 489 000 manat?

"Laçın" yazısına görə 489 000 manat?

"Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi şəxs Laçın rayonunda "Laçın" yazısına görə 489 667,98 manatlıq tenderelan edib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələyindən ANS Press-ə bildiriblər ki, bu rəqəm bəzilərinin şişirtdiyi kimi elə də böyük rəqəm deyil.

"Bir hərfin eni 5 metr, hündürlüyü 15 metr, layihənin ümumi eni 56 metrdir. Bu məbləğə yazıya aparan yol, işıqlandırma da daxildir. Relyefi də nəzərə almaq lazımdır. Layihə konstruksiyaların quraşdırılmasını (polad) nəzərdə tutur. Yazı "Hollivud", "Dərbənd" (2019-cu il) yazısının oxşarı olacaq.


O da Laçının mərkəzində, dağların üstündə qoyulacaq. Laçında istənilən yerdən o yazı görünəcək. Laçın turist şəhəridir. Bu yazı olmalıdır!" - deyə nümayəndəlikdən bildiriblər. 

Nümayəndəlikdən onu da bildiriblər ki, söz-sözbətə görə hələlik tenderi saxlayıblar, amma ki, ləğv olunmayıb. "Bəlkə hansısa şirkət 410 min manata təklif etdi, bilmirik. 489 667 manat ilki ekspertizanın qiymətləridir" - deyə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələyindən bildiriblər.