Lənkəranda qadın övladı ilə görüşə gələn keçmiş ərini döyüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.
30 yaşlı Nigar Salamova (şərti adla) övladı ilə görüşə gələn keçmiş əri Mövsümü (şərti adla) ilə mübahisə edib. Mübahisə zamanı qadın mobil telefonu keçmiş ərinin ağzına vuraraq, xəsarət yetirib.
Zərərçəkənin şikayəti əsasında N. Salamova saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Qadın ifadəsində iddia edib ki, uşaq özü də atası ilə görüşmək istəməyib. Zərərçəkən isə Nigarın övladı ilə görüşməyə maneə yaratdığını deyib. Mövsüm keçmiş arvadının qanuna uyğun qaydada cəzalandırılmasını tələb edib.
Məhkəmənin qərarı ilə Nigar Salamova 300 manat məbləğində inzibati qaydada cərimələnib.




