Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək

Bu gündən ölkəyə gətirilən mallar manatla bəyan ediləcək

Bu gündən Azərbaycana gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilib.

Qanun Prezident İlham Əliyev tərəfindən avqustun 4-də təsdiqlənib və qərara əsasən dərc edildiyi gündən 30 gün sonra - sentyabrın 3-dən qüvvəyə minib.

Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun 220.3. bəndində bildirilir ki, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilir. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunur.

Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları 3 il ərzində saxlamalı, gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.