Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyurlar

Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyurlar

Altı il öncə, Vətən müharibəsinin ilk günü dünyaya gələn üçəmlər - Mehriban, Polad və Mübariz bu il məktəbə qədəm qoyublar.

“Qafqazinfo” xəbər verir ki, onların məktəbli formasındakı fotoları sosial şəbəkələrdə paylaşılıb.

Hərbçi Nadir İbadovun ailəsində dünyaya göz açan oğlanlara qəhrəman döyüşçülərimizin şərəfinə Polad və Mübariz, qıza isə Mehriban adı verilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu Nadir İbadov 5 illik övlad həsrətindən sonra ata olacağı xəbərini ön cəbhədə döyüşərkən (Murovdağ zirvəsinin azad olunduğu gün) almışdı.