
Jurnalist Elman Məmmədovun 4 ildən çoxdur böyrək və bağırsaq çatışmazlığından əziyyət çəkdiyi və 5 dəfə əməliyyat olunması ilə bağlı xəbər vermişdik.
SHOWNEWS.AZ xəbər verir ki, bu gün "Liatris" holdinqin rəhbəri, yüzlərlə xeyriyyə işi görən, Azərbaycanımızın mərd xanımı Ruhi Əliyeva Elmanı ziyarət edib. O, Elmanın səhhəti ilə maraqlanıb və jurnalistin müalicəsini öz üzərinə götürüb.
Qeyd edək ki, bugünə kimi Xalq artisti Röya Ayxan və rəqqasə Fatimə Fətəliyeva da Elmanı ziyarət edib.