Azərbaycan Respublikasının hüquq sistemində Konstitusiya ali hüquqi qüvvəyə malikdir və subqanunvericilik aktları (o cümlədən Nazirlər Kabinetinin qərarları) ona zidd ola bilməz. Konstitusiyanın 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hüquqi tənzimləmə baxımından Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli № 309 qərarı Konstitusiyaya və fundamental ümumbəşəri dəyərlərə əsaslanır. Bu qərar Milli Məclisin "Ümumi təhsil haqqında" Qanuna etdiyi rəsmi dəyişikliklərə söykəndiyi üçün legitim qanunvericilik bazasına malikdir.
Ümumi təhsil müəssisələrində vahid geyim formasının tətbiqi və dünyəvilik prinsipinə uyğun olmayan kənar geyim elementlərinin məhdudlaşdırılması təhsil mühitinin neytrallığını qorumaq məqsədi daşıyır. Nazirlər Kabinetinin qərarı şagirdlər tərəfindən müəyyən olunmuş formanın vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən digər geyim elementlərindən istifadə edilməsinə yol vermir. Valideynlər və ya digər qanuni nümayəndələr uşaqların geyim forması ilə bağlı tələblərə riayət etməsini təmin etməlidirlər. Nazirlər Kabinetinin qərarında "HİCAB", "YAYLIQ" (LƏÇƏK), "DİNİ" sözləri YOXDUR. Dünyəvi dövlət heç bir dinin tərəfini tutmur, o birdir və dinlərin bütün növlərini, adətlərin müxtəlifliyini qoruyur. Dövlət hər kəsin mənsubiyyətindən, sosial və maddi vəziyyətindən asılı olmayaraq hüquq bərabərliyinə təminat verir. Vahid standart formanın tətbiqi şagirdlər arasında vizual, sosial-iqtisadi və dini təbəqələşmənin qarşısını alır, təhsil mühitində tam bərabərlik mühitini formalaşdırır.
Konstitusiya hər bir vətəndaşın təhsil almaq hüququnu və dövlətin icbari ümumi orta təhsili təmin etmək öhdəliyini təsbit edir. Geyim elementləri (məsələn, hicab) şagirdin konstitusion təhsil hüququnun pozulması riskini yaratmır.Hər kəsin öz dini əqidəsini sərbəst ifadə etmək və dini ayinlərə riayət etmək hüququ var(Konstitusiya maddə 48.). Qərarda "dünyəvilik prinsipinə uyğun olmayan elementlər" ifadəsinin subyektiv şərh edilərək dini geyimlərə şamil olunması, bəzi vətəndaşlar tərəfindən vicdan azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilir. GƏTİYYƏN BELƏ DEYİL.Konstitusiyaya 71 maddəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması yalnız qanunla nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda (ictimai təhlükəsizlik, sağlamlığın və mənəviyyatın qorunması və s.) mütənasib şəkildə həyata keçirilə bilər. Subqanunvericilik aktı olan Nazirlər Kabineti № 309 qərarının bu mütənasiblik prinsipinə cavab verir. Dünyəvi təhsil forması rəqabətədavamlı nəsil yetişdirmək üçün yeganə təməldir. Dünyəvi məktəb Prezident modelində mühüm dövlət vəzifələrini yerinə yetirir:
1.İntellekt inkubatoru: o, dəqiq elmlərə, tənqidi təfəkkürə və sübutlara əsaslanaraq ölkəni irəli aparmağa qadir mühəndislər, alimlər və İT mütəxəssisləri formalaşdırır;
2.Bərabərlik ərazisi: məktəb sosial, etnik və dini maneələri aradan qaldırır. Vahid dünyəvi geyim forması sadəcə bir geyim qaydası deyil, bütün uşaqlar arasında bərabərliyi təmin edən bir alətdir ki, burada hər bir uşaq özünü ayrı-ayrı konfessiyaların nümayəndəsi kimi deyil, ilk növbədə öz ölkəsinin vətəndaşı kimi hiss edir;
3.Seçim azadlığının qorunması: dünyəvi sistem zəmanət verir ki, uşaq neytral bir mühitdə böyüyəcək və şüurlu yaşa çatdıqda, hec kimin iradəsi ilə , azad və müstəqil dünyagörüşü seçimi edə biləcəkdir.
Dünya təcrübəsi sübut edir ki, məktəbin dünyəvi nizamnaməsi məsələlərində güzəştə getmək hər zaman fəlakətə gətirib çıxarır. Bənzər böhranları uğurla dəf edən ölkələr müstəsna olaraq qətiyyətli dövlət iradəsi çərçivəsində hərəkət etmişlər.Yaxın qonşularımız Mərkəzi Asiya (Qazaxıstan, Özbəkistan, Tacikistan,Türkmenistan) radikallaşma təhlükəsini çoxdan dərk ediblər. Qazaxıstanda 2016-cı ildən bəri nazirlik əmrləri məktəblərdə dini mənsubiyyəti nümayiş etdirən hər hansı geyim elementlərini qəti şəkildə qadağan edir. Özbəkistanda məktəb nizamnaməsi hicab və dini aid atributlarını birbaşa qadağan edir. Tacikistanda isə milli mədəniyyətə yad olan geyimlərə qarşı qanunlar qəbul edərək daha da irəli gediblər. Bu ölkələrdə hakimiyyət orqanları radikal dairələr tərəfindən məktəblərin "dindarların hüquqları" ilə şantaj edilməsi cəhdlərinin qarşısını qətiyyətlə alıb və vurğulayıb ki, təhsil dini doqmaların deyil, dövlət qanununun sahəsidir. Dövlət aydın şəkildə bəyan etdi: məktəb neytral ərazidir. Manipulyasiyası üçün heç bir boşluq buraxılmamalıdı.
AVROPA ÖLKƏLƏRİNDƏ, MƏSƏLƏN Fransa qanunvericiliyinə əsasən, dövlət məktəblərində hər hansı bir dini mənsubiyyəti nümayiş etdirən aşkar rəmzlərin (böyük xaç, hicab, yəhudi kippası) daşınması tamamilə qadağandır. Dünyəvilik, dini rəmzlər və vahid məktəbli forması ilə bağlı məsələlər qlobal hüquq praktikasında, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedentlərində geniş şəkildə tənzimlənmişdir. AİHM özünün məşhur "Doğru Fransaya qarşı" (2008) və "Aktas Fransaya qarşı" (2009) qərarlarında dövlət məktəblərində dini rəmzlərin qadağan olunmasını Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə (Vicdan və din azadlığı) zidd hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, dövlətlər təhsil mühitində dünyəviliyi və gender bərabərliyini qorumaq üçün bu cür məhdudiyyətlər tətbiq etməkdə geniş "mülahizə hüdudlarına" (margin of appreciation) malikdirlər.Beynəlxalq hüquq və AİHM presedentləri göstərir ki, dövlətin təhsil sisteminin dünyəvi xarakterini qorumaq məqsədilə vahid geyim standartı müəyyən etməsi və dini rəmzləri məhdudlaşdırması hüquqən legitimdir. Hər bir dinə və etiqada tam azadlığın təmin olunduğu bir ölkədə dünyəvi idarəetmə forması məhdudlaşdırıcı deyil, məhz vətəndaş sülhünün əsas təminatçısı kimi çıxış edir. Məktəb hər zaman elmin, bərabərliyin və azadlığın ərazisi olub və olmalıdır. Bura azad seçimə qadir olan şəxsiyyətin formalaşdığı yerdir. Dünyəvi dövlət sadəcə Konstitusiyada bir sətir deyil. Bu, bizim sağ qalmağımızın ,səmimi inanc (hansı ki, ölkəmizdə müqəddəsdir və qorunur)və dinc yaşamamızın təminatıdır.
BELƏ OLAN HALDA dünyəvi məktəb onun əsas cəbhəsidir. Prezident ölkəni tərəqqi, dünyəvilik və texnoloji inkişaf yolu ilə aparır. Fəxr etdiyimiz sabitlik dinin dövlətdən ayrı olduğu qanunların balansına və onlara ciddi əməl olunmasına əsaslanır. Multikulturalizm və sabitlik Prezidentimizin siyasətinin ən böyük nailiyyətləridir, lakin onlar yalnız qanunun sərt diktaturası çərçivəsində mövcud ola bilərlər. Dünyəvi dövlətin böyüməkdə olan nəslin gələcəyindən söhbət getdiyi yerdə zəiflik nümayiş etdirməyə haqqımıs yoxdur. Dünyəvi dövlət heç bir dinin tərəfini tutmur, o birdir və dinlərin bütün növlərini, adətlərin müxtəlifliyini qoruyur. Dünyəvi məktəb dindarı dövlətdən qoruduğu kimi, dünyəvi insanı da təbliğatçıdan qoruyur. Azərbaycan Konstitusiyası dünyəvi məktəbi, təhsil hüququnu və vicdan azadlığını müdafiə edir. Hər kəsin hüququnun qorunduğu demokratik-dünyəvi ölkədə HAMI ÜÇÜN BİR QAYDA OLMALIDIR. Bu, imanın qadağan edilməsi deyil, ortaq evin qaydasıdır. Məktəb – MİLLƏTİN YEGANE ORTAQ MƏKANDIR, hamı üçün birdir. İMAN (İNANC) İSƏ HƏR KƏSİN ÖZÜNƏMƏXSUSDUR.
Nigar Həmidova




