Xəbər verdiyimiz kimi, Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində azyaşlı qıza nişan mərasimi keçirilib.
Məsələ ilə bağlı azyaşlı qızın yaxın qohumu Unikal.org-a açıqlama verib.
O, qeyd edib ki, sosial şəbəkələrdə qızın yaşı ilə bağlı yazılan məlumat həqiqəti əks etdirmir:
"Qızın 11 yox 14 yaşı var. Qız 9-cu sinifdə oxuyur. Belə tez nişanlanmaq bizdə adətdir. Qızları azyaşlı vaxtında nişanlayırlar ki, başqasına verməsinlər. Nişanlanan oğlan qızın qohumudur və nonun 19 yaşı var. Onlar 3 il nişanlı qalacaqlar. Sonra gənclərin toy mərasiminin keçirilməsi nəzərdə tutulur. Sosial şəbəkə istifadəçilərindən xahiş edirəm ki, bizi qınamasınlar".