Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Həmin ailəylə bağlı Gürcüstan dövlət orqanlarına müraciət olundu - Cinayətə cəlb olunmalıdırlar

Həmin ailəylə bağlı Gürcüstan dövlət orqanlarına müraciət olundu - Cinayətə cəlb olunmalıdırlar

“Gürcüstanın Poniçala (Soğanlı) kəndində azyaşlı övladlarına nişan mərasimi təşkil edən ailələrlə bağlı Gürcüstan dövlət orqanlarına müraciət olunub”. 

Bu barədə “Qafqazinfo”ya Gürcüstan parlamentinin sabiq deputatı, Vahid Milli Hərəkat partiyasının siyasi şurasının üzvü Azər Süleymanov bildirib.
 
O qeyd edib ki, bu sahədə boşluqlar var, insanlar qanunlardan çəkinmirlər: “Çox təəssüflər olsun ki, Gürcüstanın Soğanlı ərazisində yaxın qohumlar öz azyaşlı övladlarını nişanlayıblar. Niyyətləri var ki, evləndirmək üçün 18 yaşlarınadək gözləsinlər. Əslində isə bu yaşda qızı nişanlamaq yox, oxutmaq, peşə vermək lazımdır. Mən o valideynlərə valideyn deməzdim. Təəssüf ki, erkən ailə qurmaqla bağlı bu cür xoşagəlməz hallar Gürcüstanın bəzi kəndlərində hələ də qalıb. Biz bununla bağlı çoxlu müzakirələr aparmışıq, insanları maarifləndirmişik. Son vaxtlar belə halların sayı azalmışdı. Dövlət qanun qəbul edib ki, 18 yaşından tez evlənmək cinayət əməlidir. Amma görünür ki, bu sahədə də boşluq var”.

A.Süleymanov əlavə edib ki, belə ailələr cinayət məsuliyyətinə cəlb edilməlidir: “Bu məsələyə hər birimiz qarışmışıq. Həmin ailəyə çox böyük təzyiq olunub. Belə uşaqların valideynləri məsuliyyətə cəlb olunmalıdır. 11-12 yaşında uşağın beyninə ərə getməyi, evlənməyi salan ailənin psixoloji problemləri var. Bu hərəkət orta əsrləri xatırladır. Artıq qeyri-hökumət təşkilatları, cəmiyyətin digər fəal insanları dövlətə müraciət ediblər ki, bu işə Ombudsman qarışsın və belə halların qarşısı alınsın. Kim qanunu pozursa, qanun qarşısında cavab verməlidir”. 

Xatırladaq ki, sosial şəbəkələrdə Gürcüstanın Poniçala (Soğanlı) kəndində yaşayan azərbaycanlı ailələrin iki azyaşlı övladının nişanlanması barədə videogörüntülər yayılıb. Sözügedən kənddə 15 yaşlı dayıoğluyla 11 yaşlı bibiqızı nişanlanıb.