Gürcüstanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan video ilə əlaqədar istintaqa başlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda deyilir.
Bildirilir ki, Tbilisi polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin müdiri video yayımlandıqdan dərhal sonra hərəkətə keçib və Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaq başladılıb.
Videoda qeyd olunan halların müəyyənləşdirilməsi üçün göstərilən cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər aparılır.