Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb?

Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb?

Son illərdə Azərbaycanda erkən nikahlarının sayı 10 dəfə azalıb.

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) nümayəndəsi Elgün Səfərov bildirib.

O vurğulayıb ki, erkən nikahların sayı 2012-ci ilə qədər ildə 3500-4000-ə çatırdısa, indi 350-400 arasındadır.

“Bundan əlavə, əvvəllər bu cür evliliklərdən doğulan uşaqların sayı 4000-5000 idisə, bu gün onların sayı 2000-dən çox deyil”, - deyə Elgün Səfərov əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsininin məlumatına görə, 2019-cu ildə 18 yaşınadək 366 qadın nikaha girib. Bu faktların əksəriyyəti Aran zonasında qeydə alınıb (120). Gəncə-Qazax bölgəsi ikinci yerdədir (46) və Dağlıq Şirvan erkən nikahların sayına görə ilk üçlüyü bağlayır (42). Bundan sonra Lənkəran (35), Bakı (31), Quba-Xaçmaz və Yuxarı Qarabağ (22), Kəlbəcər-Laçın (18), Şəki-Zaqatala (14), Naxçıvan Muxtar Respublikası (12) və Abşeron (5) gəlir.


// Media.az