Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən Alxasov Camal İlqar oğlunun yüksək texnologiyalı protezlə təmin edilməsi işlərinə başlanılıb.
SHOWNEWS.AZ xəbər verir ki, Sumqayıt sakini olan qazi bu günlərdə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunub. Müvafiq ölçülər götürülüb, lazımi təlimatlar verilib.
Protezləşməyə tam hazır olandan sonra C.Alxasov yüksək texnologiyalı protezlə təmin ediləcək.
// QAFQAZINFO