Quba rayonunda hava limanı və dəmir yolu vağzalının inşası nəzərdə tutulub.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Unikal.org-a Quba Rayon İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, hazırda bu istiqamətdə mütəxəsislər iş aparır, lakin hələ ki, yekun rəsmi qərar yoxdur.
Hökumət razılıq versə, yeni hava limanı modul tipli elektrik yarımstansiyasının arxasında, Şahdağ Qış-Yay Turizm Kompleksinə gedən yol istiqamətində tikiləcək. Dəmir yolu vağzalının mümkün yeri isə hələ ki, məlum deyil.