Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha bir şəhidimizin ÖVLADI DÜNYAYA GƏLDİ

Daha bir şəhidimizin ÖVLADI DÜNYAYA GƏLDİ

Bu gün Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun oğlu dünyaya gəlib. 
Bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, şəhidin oğluna Alparslan adı qoyulub.
Qeyd edək ki, Camal İsmayılov 1984-cü il iyulun 7-də Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub.

O, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın,Qubadlının, Hadrutun və Laçın dəhlizinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Camal İsmayılov oktyabrın 23-də Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhid olub. Neftçala rayonunda dəfn olunub.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə Camal İsmayılova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Bundan başqa, dövlət başçısının digər sərəncamları ilə C.İsmayılov “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.