Vətən Müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
SHOWNEWS.AZ xəbər verir ki, söhbət MAXE əsgər Aslanov Bəxtiyar İlqar oğlundan gedir.
1998-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində tapılıb.
Sonuncu dəfə ailəsi ilə müharibə başladığı gün danışan Aslanov Bəxtiyar sabah Naftalanda torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhidimiz Şuşa şəhərindəndir.
Allah rəhmət eləsin!