İnstaqram sosial şəbəkəsi şəxsi yazışmalarda təhqiredici mesajlar yazan istifadəçilərin hesablarını siləcək.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunub.
İndiyə qədər İnstaqram şəxsi mesajlarda təhqirə görə istifadəçini müvəqqəti olaraq yazışmalardan məhrum edirdi. Şirkətin yeni qərarına əsasən, təhqiredici ifadələrlə yanaşı, irqi və dini mənsubiyyət əlamətlərinə görə düşmənçiliyi qızışdıran şəxslərin də hesabları silinəcək.
Məlumatda istifadəçini izləməyən şəxslərin də ismarış göndərmək hüququndan məhrum olunacağı qeyd olunub.