Sumqayıt şəhərində küçələrdən birinə şəhid general-mayor Polad Həşimovun adı verilib.
SHOWNEWS.AZ-ın məlumatına görə, bu barədə Sumqayıt İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.
2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.