Fevralın 15-dən 44 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s-Zığ qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə SHOWNEWS.AZ-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Qeyd olunub ki, sərnişinlərin rahatlığı nəzərə alınaraq Zığ qəsəbəsi ərazisində, 2 ünvanda “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos-terminalları qoyulacaq.
İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.