Vətən müharibəsində şəhid olan və aylar sonra nəşi tapılan kiçik çavuş Anar Siyavuş oğlu Nurullayev torpağa tapşırılıb.
SHOWNEWS.AZ xəbər verir ki, 2001-ci il təvəllüdlü şəhidimiz bu gün Sabirabadın Osmanlı kəndində dəfn olunub.
Qeyd edək ki, Anar Nurullayev müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb.
Qafqazinfo