Vətən müharibəsində şəhid olan gizir Kazımov İlkin Xanməmməd oğlunun ikinci övladı dünyaya gəlib.
SHOWNEWS.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni doğulan körpəyə İlkinar adı verilib.
1995-ci il təvəllüdlü şəhidimizin digər qızı isə yaş yarımlıqdır.
Qeyd edək ki, Astaranın Artupa kəndindən olan gizir Kazımov Ağdərə-Füzuli istiqamətinə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra Prezidentin sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.