Azərbaycanda yaşlı nənələr peyvənd olunub.
SHOWNEWS.AZ xəbər verir ki, onlardan biri İsmayıllı rayon sakini, 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədr qızı COVID-19 əleyhinə peyvənd olunub.
O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.
Digəri isə Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.
O da peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.