Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb. 900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub.
SHOWNEWS.AZ Baku TV-yə istinadən xəbər verir ki, bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub. O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb.