Nitq Inkishaf mərkəzinin rəhbəri Esmira Kazımova nəhayət 4 ildən sonra aprelin 2-dən etibarən Nitq Inkishaf mərkəzində mütamadi olaraq dərslərə başlayacaq. Sadece həftənin çərşənbə və cümə günləri mərkəzimizdə qəbul edib dərsləri keçəcək.
Qeyd edək ki, Esmira Kazımova 2001-2005 ilində ADPU Defektologiya fakultəsini bitirib,2014-2017 illərində Rusiya Saratov Dövlət Universitetin Loqopediya üzrə magistr təhsili alıb. Hal hazırda Türkiyədə 9 eylül üniversitesi özel eğitim bölümündə təhsil alır.Muxtelif ölkələrdə nevropsixalogiya, loqopedik masaj, sensor inteqrasiya, Aba və s kimi kurslarda iştirak edib. Azərbaycan da ilk Autizm ictimai birliyinin sədrlərindən biri, Loqopedik mərkəzin rəhbəri və ilk loqopedik saytın təsisçisi olub. Hal hazırda Azərbaycan da 11 saylı xüsusi təhsil məktəbində 2005 ci ildən bu günə qədər defektoloq-loqoped kimi fəaliyyət göstərir, Loqoped. az saytının rəhbəri, Autizm qəzetinin redaktoru, Nitq Inkishaf mərkəzinin rəhbəri vəzifəsində çalışır.
Azərbaycan da 100 yaxın loqopedin praktik müəlliməsi və Azərbaycanı ilk dəfə xarici ölkələrdə (Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Belarusiya, Türkiyə və s) təmsil edib. Müxtəlif xarici ölkələrdə elmi konfranslarda spiker olaraq yığma kitablarda yazıları dərc olunub. Autizm əl kitabçının , Daun sindromu və nitq kitabının, Turkiyede Konuşma bozukluğu kitabının müəllifidir