"Ölkə.Az" xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində millət vəkili Naqif Həmzəyev deyib. O bildirib ki, Novruz bayramında vətəndaşlar karantin davranış qaydalarına əməl etməli və yalnız zəruri olarsa, yaxın qohumlarını ziyarət etməlidir:
“Gəncədə və Bakıda tibbi maskadan istifadə edilsə də, təəssüflər olsun ki, rayonlarda bu qaydalara əməl etmirlər. Bununla bağlı ictimai nəzarət də zəifdir. Həmçinin rayonlarda COVİD-19 peyvəndinə də ikili yanaşmalar var. Lakin özüm də vaksin vurdurmuşam və heç bir problem olmadı. Hesab edirəm ki, hər kəs peyvənd vurdursa, bizdə də ABŞ-dakı kimi maska taxılmaya bilər”.
Millət vəkili onu da bildirib ki, yoluxma sayında artım olarsa, qapanmalara müəyyən dərəcədə gedilə bilər:
“Koronaya yoluxma artarsa, Bakı, Abşeron və Sumqayıtda SMS icazə sistemi tətbiq edilə bilər. Ancaq biz çalışmalıyıq müəyyən məhdudiyyətlər olsa da, tam qapanmaya getməyək. Ümumilikdə isə düşünürəm ki, Novruz bayramında qapanma olmayacaq. Olsa da, bu dəfə restoran-kafe bağlanmamalıdır. Bundan başqa paytaxt sakinləri metronun açılmasını istəyir. Növbəti dalğa baş verməsə, biz yumşaldılmaların daha da artmasını görəcəyik və bu yumşaldılmalar çərçivəsində metro da açılsa, insanları sevindirə bilərik”.