Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
SHOWNEWS.AZ xəbər verir ki, söhbət leytenant Abdullayev İntiqam Allahverdi oğlundan gedir.
1988-ci il təvəllüdlü şəhidimizin nəşi Murovdağ istiqamətində 165 gün sonra tapılıb və müəyyən edilib. Onun cənazəsi sabah Bakıdan ilk reyslə Naxçıvan Muxtar Respublikasına aparılacaq.
Qeyd edək ki, Abdullayev İntiqam Ordubadın Düylün kəndindəndir. Müharibə vaxtı zabitimizin sənədləri ermənilər tərəfindən lentə alınmış şəhid hərbçilərimizin nəşlərinin göstərildiyi videoda təqdim olunmuşdu.