Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şəhidimizin qız övladı dünyaya gəldi

Şəhidimizin qız övladı dünyaya gəldi Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid Nadir Nadirlinin qız övladı doğulub.

SHOWNEWS.AZ-ın məlumatına görə, şəhidin doğum günündə dünyaya göz açan körpənin və anasının səhhəti yaxşıdır.

Atasının vəsiyyətinə uyğun olaraq körpəyə Nadya adı qoyulub.

Qeyd edək ki, şəhid Nadir Arzu oğlu Nadirli 1992-ci ilin martın 23-də Şəmkir rayonunun Qasımalılar kəndində anadan olub. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.