Vətən müharibəsində ağır yaralanaraq uzun müddət komada olan əsgər bu gün şəhid olub.
APA-nın yerli bürosunun məlumatına görə, Goranboy rayon Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü İsmayılov Əli Vaqif oğlu doğulduğu kənddə dəfn olunub.
Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, şəhidin əsgər yoldaşları iştirak ediblər.