Sosial şəbəkələrdə Naxçıvan MR-da toylara icazə verilməsi ilə bağlı məlumat paylaşılıb. Məlumatda qeyd edilib ki, şadlıq evlərinə qonaqların sayı 40 nəfəri keçməməklə toy məclislərini təşkil etməyə icazə verilib.
"Ölkə.Az" bildirir ki, unikal.org-a açıqlama verən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli məsələyə münasibət bildirib.
O qeyd edib ki, bununla bağlı rəsmi qərar yoxdur. Yazılanlar həqiqəti əks etdirmir.