“Acınohur düzündə ərəb turistlərin nadir quşları ovlaması Qax Dövlət Yasaqlığı ərazisində baş verməyib”.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə feysbukda yayımlanan “Ekspert saatı” verilişində İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov bildirib.
O qeyd edib ki, Acınohurda yasaqlığın 24 min hektar ərazisi var. Acınohurun düzən ərazisi 50 min hektara yaxındır və Şəki Ovçuluq təsərrüfatı Qax yasaqlığında deyil. Həmin hadisə yasaqlıq ərazisində baş verməyib.
“Qax yasaqlığının sərhədində Şəki ovçuluq təsərrüfatı var. Orada ov mövsümündə, həmçinin xarici vətəndaşların ov turizmi təşkil olunur. Biz ova icazə verən deyilik, nə də ona yol verən deyilik. Biz qanunvericiliyə uyğun olaraq tədbir görə bilərik”.
A. Muradov həmçinin ərəblərin ov quşlarına ev göyərçinlərini yem etməsi ilə bağlı iddialara da münasibət bildirib:
“Bəzi vətəndaşlar vəhşi göyərçinləri tutub əcnəbilərə öz ov quşlarını yemləmək üçün satırlar. Onlar ev göyərçinləri deyil. Bunları simulyasiya edib ittiham açmaq düzgün deyil. Həmin əcnəbi turistlər quş təlimi ilə məşğul olublar. Bunun acımasız olması, günah olması, qoy özlərinə qalsın. İctimai qınaq etməyə nə var ki?!”