Bakıdan Tərtər rayonuna gəlin köçürülən 17 yaşlı qızın toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb.
SHOWNEWS.AZ "Report"a istinadən xəbər verir ki, ailə qurmaq üçün rayona aparılan qız barədə polisə daxil olan məlumat üzrə keçirilən təxirəsalınmaz tədbirlərlə toy mərasiminin qarşısı alınaraq, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Bakıdan rayona ezam olunan polis əməkdaşları rayondakı həmkarları ilə birgə mərasimi təşkil edən qızın ailə üzvlərini və qohumlarının dairəsini müəyyən edərək onları məsuliyyətə cəlb ediblər.
Qızın təhlükəsizliyi təmin olunmaqla hazırda fakt üzrə araşdırmalar davam etdirilir.
Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.