Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçaların fəaliyyəti ilə bağlı qərar verilib.
SHOWNEWS.AZ xəbər verir ki, aprelin 5-dən Bakı başda olmaqla sözügedən şəhər və rayonlarda dövlət və özəl məktəbəqədər təhsil müəssisələri bağlanır.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqləyib.
Qeyd edək ki, dünən Təhsil Nazirliyi 5 şəhər və 1 rayonda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil olunacağı ilə bağlı məlumat yaymışdı.