
1. Camaata ehsan etmək.
Peyğəmbər (s) buyurmuşdur: "Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr”.
2. Həmişə təharətli olmaq.
Peyğəmbər (s) ruzi bolluğu istəyən şəxsə buyurdu: "Həmişə təharətli ol, ruzin artar”.
3. Sədəqə və zəkat vermək.
Peyğəmbər (s): buyurmuşdur: "Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin”.
İmam Əli (ə) buyurmuşdur: "Sədəqə verməklə ruzini (yerə) endirin”.
İmam Baqir (ə) buyurmuşdur: "Zəkat vermək ruzini artırar”.
4. Başqalarına maddi kömək etmək.
İmam Əli (ə) buyurmuşdur: "Din qardaşına maddi kömək etmək ruzini artırar”.
5. Əmanətdar olmaq.
İmam Əli (ə) buyurmuşdur: "Əmanətə sadiq qalmaq ruzini artırar”.
6. Xoş niyyətli olmaq.
İmam Əli (ə): buyurmuşdur: "Xoş niyyətli olanın, ruzisi çox olar”.
7. Din qardaşına dua etmək.
İmam Baqir (ə) buyurmuşdur: "Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər”.
8. Ailədə mehriban olmaq.
İmam Sadiq (ə) buyurmuşdur: "Ailəsi ilə mehriban davrananın ruzisi artar”.
9. Yaxşı işlər etmək.
İmam Sadiq (ə) buyurmuşdur: "Yaxşı işlər görmək ruzini artırar”.
10. Gözəl əxlaqlı olmaq.
İmam Sadiq (ə): "Gözəl əxlaq ruzini artırar”.