Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” - Alimdən XƏBƏRDARLIQ

Koronavirusdan sağalan uşaqların orqanlarında çatışmazlıq başlayır” - Alimdən XƏBƏRDARLIQ

Almaniyada uşaqlar koronavirusdan tam sağaldıqdan sonra tək ağciyərlərdə deyil, bütün orqanlarda çatışmazlıqla başlayan yeni sindrom tapılıb.

 

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

 

"İlkin mərhələdə Britaniya ştammının uşaqlar üçün daha təhlükəli və öldürücü olması bildirilirdi. Lakin hazırda virusun məhz uşaqlarda ağırlaşma yaratması barədə yüksək səviyyədə elmi tədqiqat yoxdur. Bəzi tədqiqatlar olsa da, bu gün onlara istinad edib, ciddi narahatlıq keçirməyimizə səbəb yoxdur. Amma bu, o demək deyil ki, artıq uşaqlara görə narahat olmayaq.

 

"Virusa yoluxan uşaqların hamısı sağalacaq” deyə anlayış yoxdur. Hər kəs bilməlidir ki, uşaqlar pandemiyanın daşıyıcısıdır. Böyük qismi xəstəliyi yüngül keçirsə də, müəyyən qismində ağırlaşmalar ola bilər. Sadəcə zamanında müdaxilə edilməsi ölümlə nəticələnmir” , - o bildirib.