Vətən müharibəsində yaralanan və bu günə kimi komada olan hərbçimiz Səbuhi Hüseynli dünyasını dəyişib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Məlumata görə, 24 yaşlı S.Hüseynli bu gün şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz 1 yaş 3 aylıq körpə atası idi. O, oktyabrın 26-da Xankəndi istiqamətində başından güllə yarası almışdı.
Allah rəhmət eləsin!