Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oruc tutarkən etdiyimiz səhvlər - MÜTLƏQ OXUYUN

Oruc tutarkən etdiyimiz səhvlər - MÜTLƏQ OXUYUN

Covid-19 virusuna görə immuniteti güclə saxlamaq mütləqdir. Bunun üçün 3 önəmli amilə fikir vermək lazımdır: sağlam qidalanma, çox yatmaq və vaxtlı-vaxtında idman. Bunları əsasən də Ramazan ayında etmək vacibdir.

 

SHOWNEWS.AZ  oruc tutarkən etdiyimiz səhvləri təqdim edir:

İftarda çox yemək

Çox yemək həzm sistemində problem yaradacaq. Yemək yeyərkən yavaş yeməyə diqqət edin. Şorba içdikdən sonra 10-15 dəqiqə fasilə verməlisiniz. İkinci yeməyin yağlı olmamasına fikir verin. 

Tez yeyib bitirmək

Tez yemək qan şəkərini artıracaq. İftardan sonra yuxulamağa başlayacaqsınız. Tez yeyərkən doyduğunuzu hiss etməyəcəksiniz. yavaş-yavaş yeyin, hətta arada 1 dəqiqə fasilə verin. 

İmsakda oyanmamaq

Bəziləri imsakda oyanmır və gün ərzində ac qalır. İnsan mütləq vitamin, mineral, yağlar və proteyn qəbul etməlidir. Bunu isə gündə bir dəfə yeməklə təmin etmək mümkünsüzdür. Əks halda orqanizm bədəndə olan vitaminlə qidalanacaq, immunitetin düşməsinə gətirib çıxaracaq.  

Tərəvəz yeməmək

Sağlam bir orqanizm üçün tərəvəz mütləqdir. Həm vitaminlə orqanizmi təmin edir, həm də qan şəkərini qaydasında saxlayır. Tərəvəzlər eyni zamanda orqanizmi cavan saxlayır. 

Xəmir xörəkləri yemək

Xəmir yeməkləri yemək olar, amma qədərində. Həddindən çox istifadə etmək sizi halsızlaşdıracaq. Çünki mədə xəmiri gec həzm edir. 

Su içməyi unutmaq

Su sizi gümrah saxlayacaq. Əks halda gün ərzində başınız ağrıyacaq, halsızlıqdan əziyyət çəkəcəksiniz. Həm də su toksinləri orqanizminizdən uzaqlaşdıracaq.

// axşam.az