Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınananın gəlini döyməsi ilə bağlı videogörüntü yayılıb.
Kənd icra nümayəndəsi Raifə Məmmədzadə “Qafqazinfo”ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır: “Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.
R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb: “Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.