Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova məlum hadisəylə bağlı Baku TV-yə açıqlama verib.
	R.Qurbanova bildirib ki, məlum “zarafat”ı edən şəxs üzr istəməlidir:
	“O çıxıb xalqdan, şəhid analarından üzr istəməsə, ondan əl çəkən deyiləm. Neçə gündü mən özümü çox pis hiss edirəm. Lazımi qurumların hamısına müraciət edəcəyəm. “Zarafat” edən öz cəzasını almalıdır ”.
            
                    
                    
                    
        
            
            
            
            
            
            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            
                            



