Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xudayarı təhqir edən gənci döyənlər 3 illik həbs oluna bilər

Xudayarı təhqir edən gənci döyənlər 3 illik həbs oluna bilər

Şəhid Xudayar Yusifzadə haqqında status yazdığına görə döyülən Fuad Rəsulzadəni döyən şəxslərin istintaqı aparılır.  
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fakta görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə hadisənin baş verdiyi ərazi üzrə Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər müəyyən olunub.


Onlar şəhid Xudayar Yusifzadənin qardaşı, dayısı və xalası oğludur. Həmin şəxslər istintaqa cəlb edilərək izahatları alınıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.   Bəs görəsən, təqsirləri sübut olunarsa, həmin şəxsləri qanunla hansı cəza gözləyir?  

Tanınmış vəkil Roman Qaraşov AZXEBER.COM-a bildirib ki, xuliqanlıq faktı təsdiqini tapsa, onları 1 ildən 3 ilədək cəza gözləyə bilər:  

"Həmin hadisədə xuliqanlıq maddəsinin əlamətləri var. 221.2.1 maddəsinin "Bir qrup şəxs tərəfindən törədildikdə” faktı təsdiqini taparsa, 1 il və ya 1 ildən 3 ilədək azadlıqdan məhrum bilərlər. Bu, əlbirliyə görə olan cəzadır. Həmin maddə ictimai qaydanın pozulması, cəmiyyətə açıq qaydada hörmətsizlik edilməsini, şəxslərə qarşı zor tətbiq edilməsi və s. ifadə edir. Amma təbii ki, hələ istintaq gedir. Tam olaraq hansı maddənin təsdiqini tapacağı və hansı cəza veriləcəyi istintaqın yekununda məlum olacaq”.