Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

DİN “Xudayar statusu” barədə: “Tərəflər dindirilib, həbs olunan yoxdur”

DİN “Xudayar statusu” barədə: “Tərəflər dindirilib, həbs olunan yoxdur”

Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə ironik status paylaşdığına görə həmin postu yazan şəxsi döyənlərin həbs edilməsi məsələsinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov aydınlıq gətirib.

 

O bildirib ki, hazırda həbs olunan yoxdur:

“Xəbər verildiyi kimi artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başladılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prosessual qanunvericiliyə uyğun olaraq bu, nəzərə alınacaqdır”.