Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu gün 3-cü Qədr gecəsidir - Hansı duaları oxumalıyıq?

Bu gün 3-cü Qədr gecəsidir - Hansı duaları oxumalıyıq?

Mübarək Ramazan ayının 23-cü gecəsi

Ramazan ayının 23-cü gecəsi, yəni üçüncü “Qədr” gecəsi əvvəlki iki gecədən üstündür və hədislərdən də anlaşıldığı kimi, çox ehtimal ki, “Qədr” gecəsi Ramazan ayının 23-cü gecəsinə təsadüf etsin. Bu gecənin özünəməxsus əməl və ibadətləri vardır ki, onları əziz möminlərin nəzərinə çatdırırıq:

 

1. Qüsl etmək; Qüsl edərkən belə niyyət edilir: “Qədr gecəsinin qüslünü edirəm qürbətən iləllah!” Əllamə Məclisi yazır ki, “Qədr” gecələrinə məxsus qüslün günbatan vaxtı yerinə yetirilməsi və şam namazının qüsllə qılınması daha yaxşıdır.

2. Ehya saxlamaq – gecəni oyaq qalıb Allaha ibadət və raz-niyazla keçirmək; Hədisdə deyilir ki, hər kim Qədr gecələrini ehya saxlasa, günahları göydəki ulduzların, dağların ağırlığı və dənizlərin tutumu qədər olsa belə bağışlanar.

3. Məscidə getmək; Qədr gecəsində çox yaxşı olar ki, möminlər Allah evinə (məscidlərə) toplaşıb dua və ibadət edərək Qurani-Kərimi qarşılasınlar.

4. Quran oxumaq, məxsusən, “Qədr”, “Ənkəbut”, “Rum” və “Duxan” surələrini oxumaq.

5. İmam Əli (ə) və imam Hüseyni (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək;

6. “Cövşən-Kəbir” duasını oxumaq;

7. Peyğəmbəri-Əkrəmə (s) və onun Əhli-beytinə salam və salavat göndərmək, mömin və müsəlmanları dua etmək;

8. Bu duanı oxumaq:

اللَّهُمَّ إِنِّي أَمْسَيْتُ لَكَ عَبْدا دَاخِرا لا أَمْلِكُ لِنَفْسِي نَفْعا وَ لا ضَرّا وَ لا أَصْرِفُ عَنْهَا سُوءا أَشْهَدُ بِذَلِكَ عَلَى نَفْسِي وَ أَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتِي وَ قِلَّةِ حِيلَتِي فَصَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْجِزْ لِي مَا وَعَدْتَنِي وَ جَمِيعَ الْمُؤْمِنِينَ وَ الْمُؤْمِنَاتِ مِنَ الْمَغْفِرَةِ فِي هَذِهِ اللَّيْلَةِ وَ أَتْمِمْ عَلَيَّ مَا آتَيْتَنِي فَإِنِّي عَبْدُكَ الْمِسْكِينُ الْمُسْتَكِينُ الضَّعِيفُ الْفَقِيرُ الْمَهِينُ اللَّهُمَّ لا تَجْعَلْنِي نَاسِيا لِذِكْرِكَ فِيمَا أَوْلَيْتَنِي وَ لا [غَافِلا] لِإِحْسَانِكَ فِيمَا أَعْطَيْتَنِي وَ لا آيِسا مِنْ إِجَابَتِكَ وَ إِنْ أَبْطَأَتْ عَنِّي فِي سَرَّاءَ [كُنْتُ‏] أَوْ ضَرَّاءَ أَوْ شِدَّةٍ أَوْ رَخَاءٍ أَوْ عَافِيَةٍ أَوْ بَلاءٍ أَوْ بُؤْسٍ أَوْ نَعْمَاءَ اِنَّكَ سَمِيعُ الدُّعَاءِ

Duanın oxunuşu: Əllahummə inni əmsəytu ləkə əbdən daxirən la əmliku linəfsi nəf`ən və la zərra, və la əsrifu ənha sua, əşhədu bizalikə əla nəfsi və ə`tərifu ləkə bizə`fi quvvəti və qilləti hiləti, fəsəlli əla Muhəmmədin və ali-Muhəmməd, və ənciz li ma vəədtəni, və cəmiəl mu`mininə vəl mu`minat, minəl məğfirəti fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fəinni əbdukəl miskinul mustəkinuz-zəiful fəqirul məhin. Əllahummə la təc`əlni nasiyən lizikrikə fima əvləytəni, və la (ğafilən) liihsanikə fima ə`təytəni, və la ayisən min icabətik, və in əbtəət ənni fi sərraə (kuntu) əv zərraə əv şiddətin əv rəxa, əv afiyətin əv bəlain əv bu`sin əv nə`ma, innəkə səmiud-dua!

Duanın tərcüməsi: “İlahi, özünə heç bir xeyir və zərər verə bilməyən, özündən heç bir acı hadisəni uzaqlaşdıra bilməyən xar və zəlil bir bəndə olaraq bu gecəyə daxil oldum. Bunların özümə qarşı olduğuna şəhadət verirəm. Sənin dərgahında gücümün zəifliyi və çarəmin azlığını etiraf edirəm! İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir. Bu gecə mənə və bütün mömin kişi və qadınlara vəd etdiyin məğfirətə əməl et və mənə verdiklərini (nemətlərini) tamamla! Həqiqətən, mən Sənin miskin, əlacsız, zəif, yoxsul və xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında zikrini və mənə əta etdiyin ehsanı unudanlardan, dərgahında qəbul etməyindən naümid olanlardan təyin etmə, istər uzun vaxt keçsin, istər xoş olum, istərsə də narahat, istər çətinlikdə olum, istərsə də asanlıqda, istər sağlamlıqda olum, istərsə də bəlada, istər möhtac olum, istərsə də nemət içində! Həqiqətən, Sən duaları eşidənsən!”

9. Bu duanı oxumaq:

يَا رَبَّ لَيْلَةِ الْقَدْرِ وَ جَاعِلَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ وَ رَبَّ اللَّيْلِ وَ النَّهَارِ وَ الْجِبَالِ وَ الْبِحَارِ وَ الظُّلَمِ وَ الْأَنْوَارِ وَ الْأَرْضِ وَ السَّمَاءِ يَا بَارِئُ يَا مُصَوِّرُ يَا حَنَّانُ يَا مَنَّانُ يَا اللَّهُ يَا رَحْمَانُ يَا اللَّهُ يَا قَيُّومُ يَا اللَّهُ يَا بَدِيعُ يَا اللَّهُ يَا اللَّهُ يَا اللَّهُ لَكَ الْأَسْمَاءُ الْحُسْنَى وَ الْأَمْثَالُ الْعُلْيَا وَ الْكِبْرِيَاءُ وَ الْآلاءُ أَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَجْعَلَ اسْمِي فِي هَذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاءِ وَ رُوحِي مَعَ الشُّهَدَاءِ وَ إِحْسَانِي فِي عِلِّيِّينَ وَ إِسَاءَتِي مَغْفُورَةً وَ أَنْ تَهَبَ لِي يَقِينا تُبَاشِرُ بِهِ قَلْبِي وَ إِيمَانا يُذْهِبُ الشَّكَّ عَنِّي وَ تُرْضِيَنِي بِمَا قَسَمْتَ لِي وَ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَ فِي الْآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ الْحَرِيقِ وَ ارْزُقْنِي فِيهَا ذِكْرَكَ وَ شُكْرَكَ وَ الرَّغْبَةَ إِلَيْكَ وَ الْاِنَّابَةَ وَ التَّوْبَةَ وَ التَّوْفِيقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدا وَ آلَ مُحَمَّدٍ عَلَيْهِمُ السَّلامُ

Duanın oxunuşu: Ya rəbbə ləylətil qədr, və cailəha xəyrən min əlfi şəhr, və rəbbəl-ləyli vən-nəhar, vəl cibali vəl bihar, vəz-zuləmi vəl ənvar, vəl ərzi vəs-səma, ya bariu ya musəvviru ya hənnanu ya mənnan, ya Əllahu ya rəhman, ya Əllahu ya qəyyum, ya Əllahu ya bədi, ya Əllahu ya Əllahu ya Əllah, ləkəl əsmaul husna, vəl əmsalul ulya, vəl kibriyau vəl ula, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali-Muhəmməd, və ən təc`ələsmi fi hazihil-ləyləti fis-suəda, və ruhi məəş-şuhəda, və ihsani fi illiyyin, və isaəti məğfurəh, və ən təhəbə li yəqinən tubaşiru bihi qəlbi, və imanən yuzhibuş-şəkkə ənni, və turziyəni bima qəsəmtə li, və atina fid-dunya həsənəh, və fil axirəti həsənəh, və qina əzabən-naril həriq, vərzuqni fiha zikrəkə və şukrək, vər-rəğbətə iləykə vəl inabəh, vət-təvfiqə lima vəffəqtə ləhu Muhəmmədən və alə-Muhəmməd, ələyhimus-səlam.

Duanın tərcüməsi: Ey “qədr” gecəsinin Rəbbi və onu min aydan üstün tutan! Ey gecə və gündüzün, dağlar və dəryaların, zülmət və nurların, yer və göyün Rəbbi! Ey yaradan, ey (məxluqata) surət verən, ey əta edən, ey nemət verən, ey Allah, ey bağışlayan, ey Allah, ey qəyyum, ey Allah, ey (yeni məxluqat) yaradan, ey Allah, ey Allah, ey Allah! Gözəl adlar, ali məsəllər, böyüklük və nemətlər yalnız Sənə məxsusdur. Səndən istəyirəm ki, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam göndərəsən, bu gecə adımı (əbədi) səadətə çatanlar və ruhumu şəhidlər sırasında, ehsanımı “İlliyyin”də və günahlarımı bağışlanmış qeyd edəsən. Mənə qəlbimlə birbaşa rabitədə olan yəqin (dərəcəsi), şəkki aradan qaldıran iman əta edəsən və məni qismət etdiklərinə razı salasan. Bizə dünya və axirətdə yaxşılıq əta edəsən, bizi cəhənnəmin yandırıcı əzabından saxlayasan, bu gecə məni zikrinə, şükrünü yerinə yetirməyə, Sənə rəğbətli olmağa, tövbəyə, Mühəmməd və Mühəmmədin Əhli-beytinə əta etdiyin müvəffəqiyyətə nail edəsən!

10. Bu duanı oxumaq:

اللَّهُمَّ امْدُدْ لِي فِي عُمُرِي وَ أَوْسِعْ لِي فِي رِزْقِي وَ أَصِحَّ لِي جِسْمِي وَ بَلِّغْنِي أَمَلِي وَ إِنْ كُنْتُ مِنَ الْأَشْقِيَاءِ فَامْحُنِي مِنَ الْأَشْقِيَاءِ وَ اكْتُبْنِي مِنَ السُّعَدَاءِ فَاِنَّكَ قُلْتَ فِي كِتَابِكَ الْمُنْزَلِ عَلَى نَبِيِّكَ الْمُرْسَلِ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَ يُثْبِتُ وَ عِنْدَهُ أُمُّ الْكِتَابِ

Duanın oxunuşu: Əllahumməmdud li fi umuri, və əvsi` li fi rizqi, və əsihhə li cismi, və bəlliğni əməli, və in kuntu minəl əşqiyai fəmhuni minəl əşqiya, vəktubni minəs-suəda, fəinnəkə qultə fi kitabikəl munzəli əla nəbiyyikəl mursəl, sələvatukə ələyhi və alih, yəmhullahu ma yəşau və yusbitu, və indəhu ummul kitab.

Duanın tərcüməsi: İlahi, mənə uzun ömür ver, ruzimi genişləndir, cismimi sağlam et və məni öz arzuma yetir. Əgər mənim adım bədbəxtlər sırasındadırsa, adımı bədbəxtlər sırasından sil və xoşbəxtlər sırasında yaz. Çünki Sən “mürsəl” Peyğəmbərinə (ona və Əhli-beytinə salam və salavat olsun) nazil olmuş kitabında belə buyurubsan: “Allah istədiyini məhv edir və istədiyini də dərc edir və kitabın əsasını (lövhi-məhfuz) Onun yanındadır.”

11. Bu duanı oxumaq:

اللَّهُمَّ اجْعَلْ فِيمَا تَقْضِي وَ فِيمَا تُقَدِّرُ مِنَ الْأَمْرِ الْمَحْتُومِ وَ فِيمَا تَفْرُقُ مِنَ الْأَمْرِ الْحَكِيمِ فِي لَيْلَةِ الْقَدْرِ مِنَ الْقَضَاءِ الَّذِي لا يُرَدُّ وَ لا يُبَدَّلُ أَنْ تَكْتُبَنِي مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ فِي عَامِي هَذَا الْمَبْرُورِ حَجُّهُمْ الْمَشْكُورِ سَعْيُهُمْ الْمَغْفُورِ ذُنُوبُهُمْ الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ وَ اجْعَلْ فِيمَا تَقْضِي وَ تُقَدِّرُ أَنْ تُطِيلَ عُمْرِي وَ تُوَسِّعَ لِي فِي رِزْقِي

Duanın oxunuşu: Əllahumməc`əl fima təqzi və fima tuqəddiru minəl əmril məhtum, və fima təfruqu minəl əmril həkimi fi ləylətil qədr, minəl qəzailləzi la yurəddu, və la yubəddəlu ən təktubəni min huccaci bəytikəl hərami fi ami haza, əl məbruri həccuhum, əl məşkuri sə`yuhum, əl məğfuri zunubuhum, əl mukəffəri ənhum səyyiatuhum, vəc`əl fima təqzi və tuqəddiru ən tutilə umri, və tuvəssiə li fi rizqi.

Duanın tərcüməsi: İlahi, hökm və müqəddər etdiyin qaçılmaz əmrində, ayırdığın hikmətli əmrində, dəyişilməyən və geri qaytarılmayan hökmündə məni Öz evinin – “Beytül-Haram”ın həcləri gözəl, səylərinin əvəzi verilmiş, günahları bağışlanmış və pis əməlləri pərdələnmiş hacılarından hesab edəsən. Həmçinin hökm və müqəddər etdiyin işlərdə ömrümü uzun edib ruzimi bol edəsən!

12. Bu duanı oxumaq:

يَا بَاطِنا فِي ظُهُورِهِ وَ يَا ظَاهِرا فِي بُطُونِهِ وَ يَا بَاطِنا لَيْسَ يَخْفَى وَ يَا ظَاهِرا لَيْسَ يُرَى يَا مَوْصُوفا لا يَبْلُغُ بِكَيْنُونَتِهِ مَوْصُوفٌ وَ لا حَدٌّ مَحْدُودٌ وَ يَا غَائِبا [غَائِبُ‏] غَيْرَ مَفْقُودٍ وَ يَا شَاهِدا [شَاهِدُ] غَيْرَ مَشْهُودٍ يُطْلَبُ فَيُصَابُ وَ لا يَخْلُو [لَمْ يَخْلُ‏] مِنْهُ السَّمَاوَاتُ وَ الْأَرْضُ وَ مَا بَيْنَهُمَا طُرْفَةَ [طَرْفَةَ] عَيْنٍ لا يُدْرَكُ بِكَيْفٍ [بِكَيْفَ‏] وَ لا يُؤَيَّنُ بِأَيْنٍ [بِأَيْن] ‏ وَ لا بِحَيْثٍ [بِحَيْثُ‏] أَنْتَ نُورُ النُّورِ وَ رَبُّ الْأَرْبَابِ أَحَطْتَ بِجَمِيعِ الْأُمُورِ سُبْحَانَ مَنْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ سُبْحَانَ مَنْ هُوَ هَكَذَا وَ لا هَكَذَا غَيْرُهُ

Duanın oxunuşu: Ya batinən fi zuhurih, və ya zahirən fi butunih, və ya batinən ləysə yəxfa, və ya zahirən ləysə yura, ya məvsufən la yəbluğu bikəynunətihi məvsuf, və la həddun məhdud, və ya ğaibən (ğayibu) ğəyrə məfqud, və ya şahidən (şahidu) ğəyrə məşhud, yutləbu fəyusab, və la (ləm) yəxlu minhus-səmavatu vəl ərz, və ma bəynəhuma turfətə (tərfətə) əynin la yudrəku bikəyf (bikəyfə), və la yuəyyənu biəynin (biəynə) və la bihəys (bihəysu), əntə nurun-nuri və rəbbul ərbab, əhəttə bicəmiil umur, subhanə mən ləysə kəmislihi şəy`, və huvəs-səmiul bəsir, subhanə mən huvə hakəza və la hakəza ğəyruh.

Duanın tərcüməsi: Ey aşkar olduğu halda gizli və gizli olduğu halda aşkar olan, ey zahiri gözdən gizli olan və bəsirət gözündən gizli olmayan, ey görünməz aşkar, ey zatı və həqiqətinə çatmayan və həddi-hüdudu olmayan vəsf və tərif sahibi, ey həmişə hazır olan qaib, ey gözlə müşahidə olunmayan şahid, hər kim Səni istəsə, Sənə çatacaqdır! Səmalar, yer və onların içindəkilər bir göz qırpımında belə Səndən boş deyildir. Ey vəsflə dərk olunmayan, məkan və cəhəti olmayan, Sən nurlar nuru və şahlar şahısan! Elminlə bütün işləri əhatə edibsən. Tayı-bərabəri və misli olmayan Allah pak və bütün eyiblərdən uzaqdır. O, eşidən və görəndir. Bütün bu vəsflərə başqası deyil, yalnız pak və bütün eyiblərdən uzaq olan Allah sahibdir.

Sonra hacətlərini istə!

 

13. İki rükət namaz qılmaq; belə ki, hər rükətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi oxunsun və namazdan sonra yetmiş (və yaxud yüz) dəfə “Əstəğfirullahə Rəbbi və ətubu iləyh” – deyilsin, yəni tövbə edib Allahdan günahlarının bağışlanmasını diləsin. Peyğəmbərdən (ə) nəql olunur ki, bu əməli yerinə yetirən şəxs yerindən ayağa qalxmamış onun özü və ata-anası Allah-Taala tərəfindən bağışlanar...

Əlbəttə bu namazla yanaşı, yüz rükət namaz qılmağın da böyük savabı var. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsini oxumaq tövsiyə olunur.

Qədr gecəsinin namazını qılandan sonra çox yaxşı olar ki, insan bacardığı qədər dua etsin, həm özünü, həm də başqalarını pak niyyətlə dua etməyin böyük savabı vardır.

14. Quranı açıb qarşınızda tutaraq deyin:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِكِتَابِكَ الْمُنْزَلِ وَ مَا فِيهِ وَ فِيهِ اسْمُكَ الْأَكْبَرُ وَ أَسْمَاؤُكَ الْحُسْنَى وَ مَا يُخَافُ وَ يُرْجَى أَنْ تَجْعَلَنِي مِنْ عُتَقَائِكَ مِنَ النَّارِ

Duanın oxunuşu: Əllahummə inni əs`əlukə bikitabikəl-munzəl və ma fihi, və fihismukəl-əkbər və əsmaukəl-husna, və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minən-nar.

Duanın tərcüməsi: “İlahi, nazil etdiyin kitaba (Qurana), onun içindəkilərə, içindəki ən böyük adına, ən gözəl adlarına, qorxulu və ümid etməli hər xəbərə xatir Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsən.”

Sonra Allah-Taaladan dünya və axirət hacətlərini istə!

 

15. Quranı başınıza qoyub deyin:

اللَّهُمَّ بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْتَهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فِيهِ وَ بِحَقِّكَ عَلَيْهِمْ فَلا أَحَدَ أَعْرَفُ بِحَقِّكَ مِنْكَ

Duanın oxunuşu: Əllahummə bihəqqi hazəl-Qur`an, və bihəqqi ma ərsəltəhu bih, və bihəqqi kulli mu`minin mədəhtəhu fih, və bihəqqikə ələyhim fəla əhədə ə`rəfu bihəqqikə minkə.

Duanın tərcüməsi: “İlahi, Sənə and verirəm bu Quranın haqqını, onu göndərdiyin kəsin (Peyğəmbərin) haqqını, Quranda təriflədiyin bütün möminlərin haqqını və Sənin onların üzərindəki Səndən daha yaxşı heç kimin tanımadığı haqqını!

Sonra on dəfə de:

 

بِكَ يَا اللَّهُ – Bikə ya Əllahu

On dəfə de:

بِمُحَمَّدٍ – Bi Muhəmmədin

On dəfə de:

بِعَلِيٍّ – Bi Əliyyin

On dəfə de:

بِفَاطِمَةَ – Bi Fatimətə

On dəfə de:

بِالْحَسَنِ – Bil-Həsəni

On dəfə de:

بِالْحُسَيْنِ – Bil-Husəyni

On dəfə de:

بِعَلِيِّ بْنِ الْحُسَيْنِ – Bi Əliyyibnil-Husəyni

On dəfə de:

بِمُحَمَّدِ بْنِ عَلِيٍّ – Bi Muhəmmədibni Əliyyin

On dəfə de:

بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ – Bi Cə`fəribni Muhəmmədin

On dəfə de:

بِمُوسَى بْنِ جَعْفَرٍ – Bi Musəbni Cə`fərin

On dəfə de:

بِعَلِيِّ بْنِ مُوسَى – Bi Əliyyibni Musa

On dəfə de:

بِمُحَمَّدِ بْنِ عَلِيّ – Bi Muhəmmədibni Əliyyin

On dəfə de:

بِعَلِيِّ بْنِ مُحَمَّدٍ – Bi Əliyyibni Muhəmmədin

On dəfə de:

بِالْحَسَنِ بْنِ عَلِيٍّ – Bil-Həsənibni Əliyyin

On dəfə de:

بِالْحُجَّةِ – Bil-Huccəti

Sonra Allah-Taaladan öz hacətlərini istəyirsən!

16. “Fərəc” duasını oxuyun:

اَللّـهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِه في هذِهِ السَّاعَةِ وَفي كُلِّ ساعَة وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاًوَعَيْنا حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً

Duanın oxunuşu: Əllahummə kulli vəliyyikəl-Huccətibnil-Həsən, sələvatukə ələyhi və əla abaih, fi hazihis-saəh, və fi kulli saəh, vəliyyən və hafiza, və qaidən və nasira, və dəlilən və əyna, hətta tuskinəhu ərzəkə təv`a, və tuməttihəu fiha təvila.

Duanın tərcüməsi: İlahi! Sənin cаnişinin Hüccət ibnil-Həsənə (imam Zaman (ə)) – ona və əcdadına salam və salavatın olsun, indi və hər bir an himayəçi, közətçi, rəhbər, köməkçi, yolgöstərən və qoruyucu ol. O vaxta qədər ki, öz mәslәhәtinlә onu yer üzündə sakin edəsən və onu uzun müddət bəhrələndirəsən.

(“Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Mübarək Ramazan ayının fəzilət və əməlləri – Qədr gecələrinin əməlləri” bölümü.)

Rza Şükürlü (Maide.Az)