Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İtkin kapitanımızın 7 ay sonra ŞƏHİD XƏBƏRİ GƏLDİ

İtkin kapitanımızın 7 ay sonra ŞƏHİD XƏBƏRİ GƏLDİ

Vətən müharibəsində itkin düşən kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşib. 

"Qafqazinfo" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Qeyd edək ki, şəhid zabitimiz 3 iyul 1989-cu ildə Lerikin Anbu kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçısı olan kapitan Rəhmətov, Tovuz döyüşlərində də ön xətdə olub. O, Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda döyüşüb. Oktyabrın 15-dən sonra isə zabitlə əlaqə saxlamaq mümkün olmayıb. 

Allah rəhmət eləsin!