Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Şuşanı ayaqyalın tərk edənlərin başqa libasda qayıdan övladları...”

“Şuşanı ayaqyalın tərk edənlərin başqa libasda qayıdan övladları...”

“Şuşa 1992-2020. 1992-ci ilin aprel ayında şəhər erməni qüvvələri tərəfindən mühasirəyə alındı. Onda mən şəhərdəki son fotojurnalist idim. Şuşadan ayrılmaq üçün ensiz dağ yolundan keçdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu sosial şəbəkə hesabında Şuşanın işğalından bir neçə gün əvvəl çəkdiyi şəkli paylaşan “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati yazıb.

Onun sözlərinə görə, mayın 8-də şəhər ermənilərin əlinə keçdiyi vaxt çox sayda insan həlak olub, qalanları isə qaçmaq məcburiyyətində qalıb:

 

“Ermənistanın işğalçı hücumu bütün Qarabağda milyondan artıq insanı öz evlərindən didərgin salıb, 30 mindən artıq insan ölüb, yaralanıb.

28 ildən sonra – 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı geri qayıtdım. 28 il əvvəl Şuşanı ayaqyalın tərk etmək məcburiyyətində qalan insanların Vətənə qayıtma arzusu ilə böyüyən uşaqları Vətən Müharibəsində artıq başqa libasda öz yurdlarına qayıtdılar. Şuşa döyüşləri gələcəkdə bütün hərbi akademiyalarda dərslərə salınacaq”.