Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-fevral aylarının ilkin məlumatlarına əsasən, işçilərin orta aylıq nominal əməkhaqqı 899,7 manat olub.
Qeyd edilib ki, əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 6,1 faiz azalıb.