Şəhid Gəray Soltanovun Füzuli şəhərində doğulan övladı Nurayın, şəhid Azad Abbasovun Bakı şəhərində doğulan övladı Arazın və şəhid Məhəmməd Osmanovun Mingəçevir şəhərində doğulan övladı Məhəmmədxəlilin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fonddan SHOWNEWS.AZ-a verilən məlumata əsasən, bu məqsədlə analara 1000 manat təqdim olunub və dünyaya yeni göz açan körpələrin adına 5000 manatlıq hesab açılacaq.
Bildirilib ki, həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.