Bu ilin ilk üç ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10334 nikah və 3704 boşanma halı qeydə alınıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,2, boşanmaların sayı isə 1,5 olub.