Mayın 31-dən “Bakı Metropoliteni”nin fəaliyyəti bərpa edilir.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, metro fəaliyyətini pandemiya şəraitinə uyğun təşkil edəcək: "Metronun fəaliyyətində təbii ki, müvafiq qaydalara uyğun olaraq maska, məsafə və dezinfeksiya tədbirləri mütləq tələb olunacaq".