“Azərbaycanda koronavirus (COVID) pasportu tətbiq olunacaq”.
SHOWNEWS.AZ-ın məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, iki doza vurulanlara vaksin sertifikatı veriləcək:
“Digər sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVID pasportu adlanacaq. İlkin olaraq bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər”.
“Gələcəkdə bu yanaşmanın toylara tətbiqi planlaşdırılır. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVID pasportu tətbiq olunacaq”, - deyə o əlavə edib.