Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha bir şəhidimizin övladı dünyaya gəldi

Daha bir şəhidimizin övladı dünyaya gəldi

Vətən Müharibəsi şəhidi Xəqani Hüseynəli oğlu Fətiyevin övladı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, şəhidimizin ailəsində bu gün dünyaya gələn körpəyə atasının adı verilib.

Körpə şəhidimizin beşinci övladıdır. Onun daha dörd övladı var. 

 

Qeyd edək ki, Xəqani Fətiyev 1989-cu ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olub. O,  2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun kiçik çavuşu X.Fətiyev Vətən Müharibəsi başlanan ilk gündə Füzulinin azadlığı uğrunda gərgin döyüşlərdə şəhid olub.

X.Fətiyev “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.