Bu gündən etibarən Azərbaycanda açıq havada maska taxmaq haqda qərar ləğv edilir.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında deyilir.
Qapalı məkanlarda maska istifadəsi qərarı isə qüvvədədir.
Həmçinin saat 06:00-dan Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa olunur.
Metro səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq. Həftəsonları isə ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir.
Sərnişinlər Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda tibbi maska taxmalı və sosial məsafə gözləməlidirlər. Tibbi maskadan düzgün istifadə etməyən sərnişinlər qanunvericiliyə müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunacaqlar.