Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Peyvənd olunandan 2 gün sonra öldü - ARAŞDIRMA APARILIR

Peyvənd olunandan 2 gün sonra öldü - ARAŞDIRMA APARILIR

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan Samir Məhərrəmov iki gün sonra vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Mütəmadi səyahətlər edən S.Məhərrəmov COVID-19 pasportu almaq üçün “Sinovac” vaksini vurdurub. Mayın 29-da huşunu itirərək yıxılıb və ailəsi onu “Baku Medical Plaza” klinikasına yerləşdiriblər.

 

Komada olan S.Məhərrəmov orada vəfat edib. Məlumata görə, beynində tromblaşmanı açmaq üçün tibbi müdaxilə etsələr də, onun həyatını xilas edə bilməyiblər.

Qeyd edilib ki, Samir Məhərrəmov yüksək təzyiqdən beyin infarktı (işemik insult) keçirib.

“Baku Medical Plaza”dan “Qafqazinfo”ya bildirilib ki, S.Məhərrəmov peyvənd olunandan sonra halı pisləşdiyi üçün klinikaya gətirilib:

“Onun ailəsinin icazəsi olmadan ölüm səbəbini açıqlaya bilmərik. Bizim klinikaya ağır vəziyyətdə daxil olub. Ölüm səbəbini rəsmi bilmək üçün tibbi ekspertizadan keçirilməli idi. Ailənin bunu edib-etmədiyindən məlumatsızıq”.

Qeyd edək ki, bir müddət əvvəl Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov əhaliyə müraciət edərək bildirmişdi ki,  peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi kimi iddiaların heç bir elmi əsası yoxdur.

Azərbaycanda vaksinasiyaya başlanılması dönəmində də TƏBİB peyvənddən sonra ölüm halı məsələsinə aydınlıq gətirmişdi:

“Vaksindən sonra gözlədiyimiz ən ciddi reaksiya allergiya və anafilaktik şok ola bilər. Bu hallar bütün peyvəndlərdən, hətta antibiotiklərdən sonra da müşahidə edilə bilər. Vaksindən bir neçə gün sonra baş verən bütün ölüm hallarını vaksinlə əlaqələndirmək doğru deyil. Səbəblər ciddi şəkildə araşdırılmalıdır. İndiyə qədər “CoronaVac” peyvəndinin üçüncü klinik faza tədqiqatları zamanı heç bir ölkədə ölüm halı müşahidə olunmayıb”.